Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub
16:11 - 16 İyul 2021 - ÖLKƏ İÇİ
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
"Report"un məlumatına görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, xəstəxananın direktoru vəzifəsini Emin İsmayılov icra edəcək.
Məlumat üçün bildirək ki, E.İmsayılov bu vəzifəyə qədər İcbari Tibbi Sığorta Dövlət Agentliyinin Şəmkir Regional Filialının rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, tibb müəssisəsinin bundan əvvəlki direktoru bir müddət əvvəl öz xahişi ilə tutuğu vəzifədən azad edilmişdi.