Ana səhifə Mobil versiya
18 Sentyabr 2021

Elon Musk Marsda ilk şəhərin nə zaman inşa olunacağını açıqlayıb

Twitter-də öz abunəçilərinin suallarına cavab verən zaman SpaceX və Tesla şirkətlərinin CEO-su Elon Musk Mars planetində ilk insan koloniyasının yaradılacağı təqribi zamanı qeyd edib. Bu məqsədin reallaşdırılması yolunda o, raket mühərriklərinin istehsalat tempini yüksəltməyi planlaşdırır. Həmin mühərriklər Mars planetinə yollanmaq üçün nəzərdə tutulmuş kosmik gəmilərdə istifadə olunacaqlar.

“İldə təqribi olaraq 800-1000 ədəd raket mühərriki. Bu cür sayda raket mühərriki Marsda avtonom şəhərin inşa edilməsində yardımçı olacaq kosmik donanmanın 10 ilə yaradılmasına kifayət edəcək. Marsda şəhərin inşasına isə 20 il vaxt lazım olacaq. Çox güman ki, 2050-ci ilə kimi çatdıracağıq” - deyə Musk qeyd edib.

Hələ bir neçə müddət bundan öncə məlum olmuşdu ki, SpaceX şirkəti Texas ştatında Raptor mühərriklərinin istehsalı üçün nəzərdə tutulmuş yeni fabrikin istifadəyə verilməsini planlaşdırır. Qeyd etmək lazımdır ki, Raptor mühərrikləri hal hazırda Starship kosmik gəmisinin prototiplərində artıq istifadə olunurlar. Şirkətin planına əsasən gələcəkdə Starship kosmik gəmisi planetlərarası səyahət üçün nəzərdə tutulmuş əsas nəqliyyat vasitəsi olacaq. /techonte

Tarix
15 İyul 2021 [21:19]
Müəllif
Üç nöqtə
2021-07-15 21:19:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin