İranda 5 bala yaxın zəlzələ olub

15:52 - 13 İyul 2021 - DÜNYA

İranın cənubunda yerləşən Fars vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Bu gün yerli vaxtla saat 15:41-də qeydə alınan zəlzələnin episentri Babamunir şəhərinin 39 kilometrliyində olub. Yeraltı təkanların dərinliyi 8 km olub.

Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.///trend

 

Xəbər xətti