İraqda xəstəxanada yanğın nəticəsində ölənlərin sayı 54-ə yüksəlib

08:03 - 13 İyul 2021 - DÜNYA

İraqın cənubunda Di-kar əyalətinin Ən-Nasiriyyə şəhərində koronavirus xəstələr üçün nəzərdə tutulan xəstəxanada baş verən yanğın nəticəsində ölənlərin sayı 54-ə yüksəlib. 70 nəfərdən çox insan xilas edilib. Trend-in məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Daha əvvəl 40 nəfərin öldüyü bildirilirib. İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkədə matəm elan edib.

Xəbər xətti