Bu ölkədə çoxərliliyin rəsmiləşdirilməsi təklif edilir

08:30 - 12 İyul 2021 - DÜNYA

Cənubi Afrika Respublikasının Daxili İşlər Nazirliyi poliandriya adlanan ailə modelini rəsmiləşdirmək barədə təkliflə çıxış edib.

Bu barədə BBC məlumat yayıb.
Məlumata əsasən, CAR dünyada ailə hüququnun ən azad olduğu ölkələrdən biridir. Burada, çoxarvadlılıq və həmcins nikahlar da qanuni sayılır.

Poliandriyaya gəlincə, bu, bir qadının bir neçə əri olmasını nəzərdə tutan ailə münasibətləri formasıdır.
Təklifin tərəfdarları cinslərin bərabər hüquqluluğu prinsipindən çıxış etdiklərini bildirir, ölkədə çoxarvadlılığın rəsmiləşdirildiyini əsas gətirərək, çoxərliliyin də qanuni qüvvəyə minməsini dəstəkləyirlər.///oxu.az

Xəbər xətti