İşdən çıxdı, sərvəti artdı

08:51 - 11 İyul 2021 - DÜNYA

“Amazon” korporasiyasının banisi Ceff Bezos şirkətin baş direktor vəzifəsini tərk etdikdən sonra sərvəti daha da artıb.

"Report" xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
2021-ci ilin iyulun 5-də şirkətin baş direktor vəzifəsini Endi Cessi tutub və nəticədə "Amazon" səhmlərinin qiyməti yüksəlib.

Bununla da, Bezosun sərvəti 10,6 milyard ABŞ dolları artaraq 212,4 milyard ABŞ dollarına çatıb.

Xəbər xətti