Bolqarıstanda elektromobil istehsalı üzrə zavod inşa olunacaq

16:30 - 10 İyul 2021 - AVTO

Bolqarıstanda elektrik avtomobillərinin istehsalı üzrə zavod inşa olunacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bolqarıstanın iqtisadiyyat naziri deyib.
Qeyd olunub ki, zavodun tikintisi ilə bağlı Almaniyanın "Next eGO" şirkəti ilə müqavilə imzalanıb.

Bolqarıstanda elektromobillərin istehsalının 2023-cü ildə başlaması planlaşdırılır. Zavod ildə 30 minədək avtomobil istehsal edəcək.

Avtomobillərin baza qiymətinin 20 min avro olacağı nəzərdə tutulur. Avtomobilin elektrik enerjisi ilə yürüş məsafəsi 200 kilometr təşkil edəcək.///trend

Xəbər xətti