Çində göydələnlərin tikintisinə məhdudiyyət qoyulub

21:46 - 9 İyul 2021 - DÜNYA

Çin hökuməti təhlükəsizlik məqsədilə 500 metrdən yüksək binaların tikintisini qadağan edib.

Ucnoqta.az xəbər verir ki, hökumət, həmçinin hündürlüyü 250 metrdən çox olan binaların tikilməsini məhdudlaşdırıb. Yüz metrdən hündür binaların inşasına isə yalnız o hallarda icazə verilir ki, həmin rayonlarda yanğının sürətlə söndürülməsi üçün bütün lazımi şərait olsun.

Qəzetin məlumatına görə, dünyadakı super göydələnlərin yarısı Çində yerləşir./AzerTAC

Xəbər xətti