Ermənilərdən növbəti biyabırçılıq - Bu dəfə polisləri “master-klass” göstərdi - VİDEO

19:40 - 9 İyul 2021 - DÜNYA

Ermənistanda yol patrul xidmətinin əməkdaşlarının görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Sözügedən video əsasən “Telegram”ın Ermənistan seqmentində yayılıb.

Videoda tıxacın qarşısını almağa çalışan erməni polislərin heç də bu işi bacarmadıqları görünür. Belə ki, polislər nəqliyyatın hərəkətini tənzimləmək əvəzinə nəqliyyat vasitələrinə maneə olur.

Sosial şəbəkələrdə geniş müzakirə olunan görüntüləri hətta ermənilərin özləri də “biabırçılıq” kimi şərh edirlər.

Videoda əksini tapan mənzərə isə ölkədəki səriştəsizliyin, savadsızlığın, qeyri-peşəkarlığın bariz nümunəsi hesab oluna bilər.

Ermənilər nə qədər etiraf etməsələr də, həqiqət yenə onu göstərir ki, ermənilərin dünyada bacardığı yeganə şey başqalarından oğurlamaq və özlərini məzlum kimi göstərməkdir. Digər peşələrdə isə ermənilər elə videodakı polisləri qədər “peşəkar”dır.///oxu.az

Xəbər xətti