Biləsuvarda Şəhid hərbi qulluqçuların orden və medalları ailələrinə təqdim olundu - Foto

21:25 - 8 İyul 2021 - ÖLKƏ İÇİ

Biləsuvar Rayon İcra Hakimiyyətində Vətən Müharibəsi şəhidlərinin və iştirakçılarının ailə üzvlərinə orden və medalların təqdimat mərasimi keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli,  Hüquq-mühafizə  orqanlarının rəhbərləri, Biləsuvar rayon ictimaiyyətinin  nümayəndələri, Şəhid və qazi ailələrinin üzvləri iştirak edib.

Azərbaycan Respublikasının  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən orden və medallar şəhid ailələrinin üzvlərinə  təqdim olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun öz şücaətini bütün dünyaya göstərdiyini bildirib. 

Daha sonra Orxan Əkbərov və Cavid Mahmudovun “Vətən müharibəsi qəhrəmanı”, Elçin Tağıyev və Məhəmməd Əmənovun “Qarabağ” ordeni  ailə üzvlərinə təqdim edilmiş, Elmar Mirzəyevin “İgidliyə görə”, Murad Muradlının “Cəsur döyüşçü” medalı ailə üzvlərinə təqdim ediləcəkdir.
Şəhid ailələri və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə  öz minnətdarlıqlarını bildiriblərş


Xəbər xətti