Fransa Rusiya və Çin vaksinlərini tanımamağa çağırdı

15:22 - 8 İyul 2021 - DÜNYA

Fransa Avropa Birliyi dövlətlərinə koronavirusa qarşı Rusiya və Çində istehsal edilən vaksinləri tanımamaqla bağlı çağırış edib.

Bu barədə bəyanatı Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kleman Bon yayıb.
“Fransa tərəfdaşlarına deyir ki, ehtiyatlı olun, bəzi vaksinlərə, o cümlədən Rusiya və Çin peyvəndlərinə yox deyin”, - deyə o bildirib.

Bon Avropada əvvəl qeydə alınmış 4 vaksinin koronavirusla mübarizə üçün yetərli olduğunu və yalnız onlara güvənə biləcəklərini söyləyib.

Xəbər xətti