Türk əsgərlərinə silahlı hücum - Şəhid var

17:52 - 7 İyul 2021 - DÜNYA

Türkiyənin Mardin vilayətində terrorçuların hərbi maşına hücumu nəticəsində 1 türk əsgəri şəhid olub.

Bu barədə Mardin valiliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Mardinin Qızıltəpə mahalının Şənyurd bölgəsində terrorçular Suriya sərhəd xəttində keşik çəkən türk hərbi maşınına hücum ediblər. Nəticədə maşının sürücüsü, 21 yaşlı çavuş Cihan Çiftcibaşı şəhid olub.///axar.az

Xəbər xətti