Cənubi Koreya yeni balistik raketini sınaqdan keçirib

23:30 - 6 İyul 2021 - DÜNYA

Cənubi Koreya ilk dəfə olaraq yerli istehsalı olan balistik raketini sualtı platformadan sınaqdan keçirib.

Bu barədə YTN yerli televiziya kanalı xəbər verib.
Məlumata əsasən, sınaqlar Koreya Hərbi Dəniz Qüvvələrinin Dosan An Chang-ho (KSS-III) sualtı qayığından balistik raketinin buraxılması üçün təlim proqramı çərçivəsində həyata keçirilib.

Sınaqlar haqqında geniş məlumat verilməyib.///trend

Xəbər xətti