Sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən görüntülər - VİDEO

17:43 - 6 İyul 2021 - DÜNYA

Rusiyanın “Kamçatka Hava Yolları” şirkətinə məxsus “An-26” sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən ilk videogörüntülər yayılıb.

 Kamçatkanın Palana qəsəbəsindən havaya qalxan təyyarə aeroportdan bir az aralıda təpəliyə çarpılıb.

Diyarın qubernatoru Vladimir Solodov bildirib ki, “An-26”nın əsas hissəsi suyun altında qalıb: “Dalğıclar hadisə yerinə göndəriləcək”.

Qeyd edək ki, iyulun 6-da Kamçatkada “An-26” sərnişin təyyarəsi qəzaya uğrayıb. Nəticədə 22 sərnişin və 6 ekipaj üzvü ölüb. Təyyarənin qırıntıları aşkarlanıb, lakin ölənlərin meyitləri hələ ki tapılmayıb.

Qəzanın səbəbləri araşdırılır.///report

Xəbər xətti