Kütləvi vaksinasiya beynəlxalq turizmin bərpasına gətirib çıxaracaq - BMT

19:15 - 5 İyul 2021 - DÜNYA

Əhali arasında kütləvi vaksinasiya səviyyəsi və rəqəmsal texnologiyaların daha geniş tətbiqi beynəlxalq turizmin bərpasına gətirib çıxaracaq.

Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, regionlar arasında səfər məhdudiyyətləri ilə bağlı fərqlər qorunub saxlanılır. Belə ki, Asiya-Sakit okean regionunda istiqamətlərin 70 faizi bağlı qalmaqdadır.

Avropada bu göstərici 13 faiz, Şimali və Cənubi Amerikada 20 faiz, Afrikada 31 faiz, Yaxın Şərqdə isə 31 faizə bərabərdir: "Əksər hallarda səfər məhdudiyyətləri tam peyvəndlənmiş şəxslərə də tətbiq olunur. Bu vəziyyətin yaxın zamanlarda dəyişəcəyi gözlənilir. Hökumətlər əməkdaşlıq, rəqəmsal texnologiyaların və məlumatların istifadəsi yolu ilə turizmin bərpasında vacib rol oynayır".

Xəbər xətti