Roma Papası əməliyyat olub

09:09 - 5 İyul 2021 - DÜNYA

Romanın “Cemelli” xəstəxanasına yerləşdirilən Roma Papası Fransiskin əməliyyatı uğurlu keçib.

“Report” xəbər verir ki, bu barədə “ANSA” məlumat yayıb.
Bağırsaq əməliyyatı ümumi anesteziya altında aparılıb və hazırda pontifik özünü yaxşı hiss edir.

Roma Papası Fransiski professor Luidji Sofo, həkimlər Antonio Tortorelli və Roberta Menqinin köməyi ilə professor Serjio Alfieri əməliyyat edib.

Xəbər xətti