"Ever Given" gəmisi Misirin su arteriyasını iyulun 7-də tərk edəcək

23:20 - 4 İyul 2021 - DÜNYA

Mart ayında Süveyş kanalında altı gün ərzində nəqliyyatın qarşısını kəsən yük konteynerləri daşıyan "Ever Given" gəmisi 7 iyulda Misirin əsas su arteriyasını tərk edəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə kanal rəhbərliyi məlumat verib.
Tədbirdə həm gəminin məxsus olduğu şirkətin, həm də Süveyş kanalının rəhbərliyi iştirak edəcəklər.

İyunun 30-da "Al Arabiya" telekanalı mənbələrə istinad edərək Süveyş kanalı rəhbərliyinin "Ever Given" gəmisinin sahibi olan şirkətlə su arteriyasına vurulan ziyana görə 540 milyon dollar təzminat ödəniləcəyi barədə razılığa gəldiyini bildirib.

Xəbər xətti