Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 29-a çatdı, 50 yaralı var

14:42 - 4 İyul 2021 - DÜNYA

Filippinin xilasediciləri ölkənin Hərbi Hava Qüvvələrinin Xolo adasında təyyarəsinin qəzaya uğradığı yerdə 29 nəfərin meyitini aşkarlayıb.

Bu barədə "Reuters" hərbçilərə istinadən məlumat yayıb.

Qeyd edilir ki, daha 17 nəfər itkin düşmüş sayılır. Qəza zamanı yaralananların sayı 50 nəfəri ötüb.

Hadisə təyyarə Sulu əyalətinin Xolo adasına eniş edərkən baş verib.///report

 

Xəbər xətti