Somalidə 8 terrorçu məhv edilib

14:19 - 4 İyul 2021 - DÜNYA

Somalidə hökumət qüvvələri Qalayko şəhəri yaxınlığında “Aş-Şabab” terror qruplaşmasının üzvlərini mühasirəyə alıb.

Bu barədə “Shabelle Media Network” portalı məlumat yayıb.

Atışma zamanı 8 terrorçu məhv edilib, hökumət qüvvələri arasında da itki var. Ancaq hökumət qüvvələri arasındakı itkilərin sayı açıqlanmayıb.///Apa

 

Xəbər xətti