Gəncədə 27 yaşlı kişi bıçaqlanıb

18:15 - 3 İyul 2021 - HADİSƏ

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb. 1994-cü il təvəllüdlü Sadıqov Faiq Zahid oğlu qarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti