Türkiyədə bir ayda 25 terrorçu məhv edilib

15:12 - 3 İyul 2021 - DÜNYA

Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi antiterror əməliyyatları nəticəsində iyun ayında 92 terrorçu zərərsizləşdirilib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə DİN-in sözçüsü İsmayıl Çataklı bildirib.
Onun sözlərinə görə, 92 terrorçudan 25-i məhv edilib, 46-sı sağ olaraq ələ keçirilib, 21-i isə könüllü şəkildə polisə təslim olub:

“Terrorçu PKK-nın 601, FETÖ-nun 1 709, İŞİD-in 307, sol ideologiyalı terror qruplaşmasının 44 üzvü olmaqla iyunda 2 661 şübhəli tutulub. Onların 401-i barəsində məhkəmə həbs qətimkan tədbiri seçib”.

Xəbər xətti