ABŞ-ın Əfqanıstana qaytardığı ən böyük aviabaza talan edildi

09:20 - 3 İyul 2021 - DÜNYA

ABŞ hərbçilərinin tərk etdiyi Əfqanıstanın ən böyük Bahram aviabazası talan edilib. “Report” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Qeyd olunub ki, onlarla yerli sakin içəri girərək bir neçə binanı qarət ediblər. Amerika qüvvələri yerli hakimiyyət orqanlarına gedişləri barədə xəbərdar etməyiblər və nəticədə aviabazanın girişində mühafizəçilər təyin edilməyib. Soyğunçular bir neçə saat ərzində Əfqanıstan hərbçiləri tərəfindən qovulana qədər hərbi bazada gəziblər.

Xəbər xətti