Şevçenkonun arvadı ilə açıq-saçıq görüntüləri qalmaqala səbəb olub - FOTO

17:51 - 2 İyul 2021 - DÜNYA

İngiltərə mətbuatında Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko ilə bağlı dərc olunan xəbər qalmaqala səbəb olub.

Belə ki, “The Sun” nəşri Andrey Şevçenkonun GQ jurnalı üçün 2003-cü ildə hazırkı həyat yoldaşı Kristen Paziklə birlikdə çəkdirdiyi açıq-saçıq fotoları yenidən gündəmə gətirib.

İngiltərə və Ukrayna millilərinin Avro-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçiriləcək qarşılaşması ərəfəsində bu cür materialın dərc olunması sosial şəbəkədə kəskin tənqid olunub.///oxu.az

 


Xəbər xətti