Bizə dedilər ki, sizin Qarabağda nə işiniz var - Ərdoğan

16:16 - 2 İyul 2021 - DÜNYA

Bizə dedilər ki, sizin Suriyada, Liviyada, Qarabağda, Şərqi Aralıq dənizində nə işiniz var.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sakarya şəhərində tank fabrikində çıxışı zamanı deyib.

O bildirib ki, bu sualı verənlər dünyadan xəbərsizdir:

"Bizə nə dedilər? Suriyada, Liviyada, Qarabağda, Şərqi Aralıq dənizində nə işiniz var? Bunu bizə deyənlərin ya dünyadan xəbərləri yoxdur, ya da düşmənin qılıncını çəkirlər. Biz buralarda həmişə olmuşuq, bundan sonra da mövcudluğumuzu davam etdirəcəyik".

Xəbər xətti