Biz beyin cəlb edirik, özümüz isə axmaq yetişdiririk – ABŞ alimi

12:59 - 2 İyul 2021 - DÜNYA

Nyu York Universitetində çalışan yapon əsilli amerikalı fizik Miçio Kaku ABŞ elmi haqqında sensasion fikirlər səsləndirib.

Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, alim ABŞ təhsilini pisləyib və ölkəni Avropanın ən yaxşı beyinlərini cəlb etməkdə günahlandırıb.

Kaku deyib ki, ABŞ digər ölkələrdən ən pis təhsil sisteminə görə fərqlənir:

“Nəyə görə ABŞ-da bu qədər çox dahi alim var? Amerikalı məzunların biliyi hətta üçüncü dünya ölkələrindən də aşağıdır. Bəs necə olur ki, ABŞ-ın elmi elitası ən yüksək mövqeyi hələ də öz əlində saxlayır, çökmür?! Bu necə olur, axı biz axmaq bir nəsil yetişdiririk. Bizim TV-lərə, realiti şoulara baxın!

Və mən bunun səbəbini sizə deyirəm: Amerikanın bir gizli silahı var - əcnəbi alimlər üçün viza! Unudun Quqlu, Silikon Vadisini - bütün bunları amerikalılar yox, miqrantlar yaratdı. ABŞ dünyanın - Hindistanın, Çinin, Rusiyanın, Avropanın ən yaxşı beyinlərini özünə çəkir. Özümüz isə ancaq axmaqlar yetişdiririk”.

Xəbər xətti