İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 mini ötüb

01:08 - 2 İyul 2021 - DÜNYA

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 285 nəfər yoluxub. Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 842 062 nəfərə, ölənlərin sayı isə 6 429 nəfərə çatıb. Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 833 579 nəfəri sağalıb, aktiv xəstələrin sayı 2 054 nəfərə qədər artıb.

Xəbər xətti