Xəbər verdiyimiz kimi, Tarif Şurasının ötən gün açıqladığı qərara əsasən qaz və işığın qiymətlərində dəyişiklik edilib.
Bəzi tanınmış simalar yeni qəbul edilən qərara etirazlarını bildiriblər. Onlar eyni zamanda marketlərdə bahalaşmanın olmasını qınayıblar.
Müğənni Nura Suri sosial media hesabında qiymətlərin qalxmasına belə reaksiya verib:
"Benzin, qazın qiyməti qalxdı, marketlər də od tutub yanır, kasıblar ölsün. Şadlıq sarayları, restoranlar, benzin, qaz, yemək onsuz da hamısı qiymət qaldırıb. Camaat da pul qazanmır neçə vaxtdır"
Müğənni Elvin Abdullayev də qərara qarşı tənqidlər yazıb:
"Hər gün nəsə qalxacaq. Durduq yerdə qaz, işıq niyə qalxmalıdır ki? Mən anlamıram. Özü də ilin günün bu vaxtı. Məmurların maaşları deyəsən biz əhalidən çıxır. Heç bir iş də görmürlər, boş-boş danışmaqdan başqa. Əhalini düşünmək lazımdır, belə olmaz. Yayın istisində hamı kondisioner istifadə edir. İşıq qalxır deyə ölməlidir əhali?".
Aktrisa Duyğu Dəvəli də hər şeyin qiymətinin qalxmasına etiraz edib:
"Benzin, su qalxdı, indi qaz və elektrik də qalxır. Neft də o yanda özü üçün qalxır, amma bizə bir dəxli olmur, həmişəki kimi.
Nə maaşlar, nə pensiya qalxır, uşaqpulu ümumiyyətlə verilmir. Qiymətlərin qaldırılmasına etiraz edirəm".
Qeyd edək ki, Tarif Şurası elektrik enerjisi ilə bağlı qərarın əhaliyə aid edilmədiyini açıqlayıb.///axsam.az