Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var

14:59 - 1 İyul 2021 - HADİSƏ

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Veyisli kənd ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobil toqquşub. Nəticədə 3 nəfər - 1987-ci il təvəllüdlü Qəribə İsmayıl qızı İbrahimova, 2000-ci il təvəllüdlü Rəşad Mehman oğlu Qurbanov və daha bir sərnişin (adı hələlik məlum deyil) müxtəlif bədən xəsarətləri alıb. Hər üç yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti