Göygöldə yabanı halda bitən çətənə kolları məhv edilib - Foto

08:17 - 1 İyul 2021 - HADİSƏ

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Çaykənd kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, ümumi çəkisi 3125 kiloqram olan, 9773 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Xəbər xətti