Bakıda “Land Cruiser”in sürücüsü beş maşını vuraraq hadisə yerindən qaçıb - FOTO/VİDEO

23:45 - 30 İyun 2021 - HADİSƏ

Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Nəsrəddin Tusi küçəsində baş verən hadisədə “Toyota Land Cruiser”, KİA və “Chevrolet” markalı maşınlar toqquşub.
“Land Cruiser”in sürücüsü beş maşını vurub. Sürücü hadisə yerindən yayınıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Xəsarət alanlar barədə məlumat yoxdur.///oxu.az


Xəbər xətti