Goranboyda kafedə qadını bıçaqladılar
22:06 - 30 İyun 2021 - HADİSƏ
Goranboyda kafedə qadın bıçaqlanıb.
APA-nın məlumatına görə, hadisə axşam saatlarında Aşağı Ağcakənd qəsəbəsindəki kafelərin birində baş verib.
Gəncə şəhər sakini olduğu ehtimal edilən qadın hələlik bəlli olmayan səbəbdən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.