Azərbaycanın axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb - FOTO

19:17 - 30 İyun 2021 - HADİSƏ

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı saxlanılıb.

Kiyev vilayət polisindən "Report"-a verilən məlumata görə, həmin şəxs saxta sənəd gəzdirnək, dələduzluq və s. cinayət əməllərində ittiham olunur.

Azərbaycanın 2016-cı ildə beynəlxalq axtarışa verdiyi şəxsin 2018- ci ildən Ukraynada olduğu müəyyənləşib. Bu səbəbdən uzun müddətdir Ukrayna polisi tərəfindən axtarışa verilibmiş. Bu günlərdə Belaya Tserkov şəhərində saxlanılan azərbaycanlı barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.


Xəbər xətti