Putin prezident postunda onu kimin əvəzləyəcəyinə münasibət bildirib

16:19 - 30 İyun 2021 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin varisi ilə bağlı sualı cavablandırıb.

APA-nın xəbərinə görə, “Birbaşa xətt” verilişində Putin dövlət başçısının kim olmasına dair qərarı hər zaman Rusiya vətəndaşlarının verdiyini bildirib.

“Mənim məsuliyyətim Prezident vəzifəsinə namizədlərlə bağlı tövsiyə verməkdən ibarətdir. Vaxt gələcək, kimin bu möhtəşəm ölkəyə rəhbərlik etməyə layiq olduğunu deyə biləcəyəm”, - deyə V. Putin vurğulayıb.

 

Xəbər xətti