Putin koronavirusa qarşı hansı vaksini vurdurduğunu açıqlayıb

14:20 - 30 İyun 2021 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı hansı vaksini vurdurduğunu açıqlayıb.

APA-nın Msokva müxbirinin verdiyi məlumata görə, Putin COVİD-19 virusuna qarşı “Sputnik V” vaksini ilə peyvənd olunduğunu bildirib.

“Rusiya Silahlı Qüvvələri “Sputnik V” vaksini ilə peyvənd olunur. Mən də Ali Baş Komandan kimi bu vaksinlə peyvənd olunmaq qərarına gəldim”, - deyə Rusiya Prezidenti vurğulayıb.

Xəbər xətti