Ana və iki övladı dəm qazından zəhərləndi

11:31 - 30 İyun 2021 - HADİSƏ

Mingəçevir şəhərində ana və iki övladı dəm qazından zəhərlənib.

Bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.

1987-ci il təvəllüdlü ana Vəsilə Yusifova və iki azyaşlı övladı yaşadığı mənzildə dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya çatdırılıb və vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.///oxu.az

Xəbər xətti