Mingəçevirdə ana və iki övladı dəm qazından zəhərlənib

09:18 - 30 İyun 2021 - HADİSƏ

Mingəçevirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

Hadisə Nəriman Nərimanov küçəsi, 41 ünvanında baş verib.

Ana və iki azyaşlı övladı yaşadığı mənzildə dəm qazından zəhərlənərək halsız duruma düşüb. 1987-ci il təvəllüdlü ana Vəsilə Yusifova, qızı 2013-cü il təvəllüdlü Nərmin Elçin qızı Yusifli və 10-12 yaşlı daha bir qız övladı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti