Samux və Gəncədə yanğın olub

00:10 - 30 İyun 2021 - HADİSƏ

Gəncə şəhərində və Samux rayonu ərazisində yanğın hadisəsi baş verib.

"Report"un məlumatına görə, Samux rayonunun Bağbanlar kəndi ərazisində biçilmiş taxıl sahəsində baş verən yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası tərəfindən söndürülüb.

Axşam saatlarında isə Gəncə şəhərində yanğın olub. Yanğın şəhər ərazisində yerləşən bazarların birinin yaxınlığında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri cəlb olunub və yanğının qarşısı alınıb.

Hər iki yanğının baş vermə səbəbi araşdırılır.

 

Xəbər xətti