Lənkəranda 55 yaşlı xadiməni elektrik cərəyanı vuraraq öldürüb

18:16 - 29 İyun 2021 - HADİSƏ

Lənkəranda qadını cərəyan vurub.

Bədbəxt hadisə şəhərin Zərifə Əliyeva küçəsindəki binalardan birinin həyətində baş verib. 1600 kv-lıq yarımstansiyanın içərisinə daxil olan 1966-cı il təvəllüdlü Kifayət Bayram qızı Quliyevanı elektrik cərəyanı vurub. Qadın elə oradaca keçinib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

K.Quliyevanın xadimə kimi fəaliyyət göstərdiyi, DOST Mərkəzinin vasitəsilə sosial işçi olaraq çalışdığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti