Şəkidə ev yanıb

14:59 - 29 İyun 2021 - HADİSƏ

Şəki rayonunda evdə yanğın olub.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Kiçik Dəhnə kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti