Gürcüstanda Hindistan ştammına yoluxma say 30-a çatır

12:38 - 29 İyun 2021 - DÜNYA

Gürcüstanda koronavirusun Hindistan ştammına yeddi yeni yoluxma halı təsdiqlənib.

Ucnoqta.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, ölkə üzrə “delta” stammının dövriyyəsi 10-20 % arasında dəyişir.

Baş epidemioloq əhalini daha ehtiyatlı olmağa və tələblərə əməl etməyə çağırıb.

Qeyd edək ki, qonşu ölkədə Hindistan ştammına ilk yoluxma faktları mayın 27-də qeydə alınıb. Hazırkı dövrədək virusun təhlükəli növü 27 nəfərdə aşkarlanıb.

Xəbər xətti