Ağsuda 1 tondan artıq çətənə kolu yandırılıb - FOTO

10:27 - 29 İyun 2021 - HADİSƏ

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Dilman kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 100 kiloqram olan 2670 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.

 


Xəbər xətti