Türkiyə bu ölkələrlə uçuşları DAYANDIRIR - SİYAHI

20:54 - 28 İyun 2021 - DÜNYA

Türkiyə COVİD-19-a bağlı 6 ölkədən gələn uçuşlara məhdudiyyət tətbiq edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qərara əsasən, Banqladeş, Braziliya, Cənubi Afrika Respublikası, Hindistan, Nepal və Şri-Lankadan Türkiyəyə uçuşlar yeni bir əmrə qədər dayandırılıb.

Bildirilir ki, son 14 gün müddətində adıçəkilən ölkələrdə olub, 3-cü bir ölkədən Türkiyəyə gələn şəxslər karantinə alınacaq.///axar.az

Xəbər xətti