Bu ölkədə peyvənd olunanlara 150 avro verilir

18:30 - 28 İyun 2021 - DÜNYA

Yunanıstanda insanların peyvəndləməyə marağını artırmaq üçün qeyri-adi üsula ət atılıb.

Hökumət peyvənd olunan gənclərə 150 avro pul mükafatı verməyə qərara alıb. Bu barədə ölkənin baş naziri Kiryakos Miçotakis açıqlamasında bildirib: “İlk doza peyvəndi vurduran gənclərin hər birinə 150 avroluq kart veriləcək. Bu bizim gənclərə olan borcumuzun və dəyərimizin nümunəsidir”.

Məlumata əsasən, 18-25 yaş arası 940 min gənc ilk doza peyvəndləmədən dərhal sonra, yaxud ilin sonunadək 150 avronun sahibi olacaq.
Qeyd edək ki, 11 milyon əhalisi olan Yunanıstanda əhalinin 33 faizi tam peyvənd olunub.///lent.az

Xəbər xətti