Qubada 4,2 ton çətənə kolu aşkar edilib - Foto

18:13 - 28 İyun 2021 - HADİSƏ

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, rayonun Xanəgah kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 4,2 ton olan 5700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.


Xəbər xətti