Ucarda "Opel" "KamAZ"a çırpılıb: ölən və xəsarət alanlar var - Video

08:51 - 28 İyun 2021 - HADİSƏ

Ucarda gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində ağır yol qəzası qeydə alınıb.

APA-nın xəbərinə görə, Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınının arxa hissəsinə Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını çırpılıb.

Nəticədə, sürücü E. Cəlilov ölüb. Onun 3 sərnişini - 2 yaşlı İlyas Elçin oğlu Cəlilov, 45 yaşlı Zaur Balay oğlu Xəlilov və 31 yaşlı Aysel Balay qızı Cəlilova aldıqları çoxsaylı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

​Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti