Bakıda avtomobil 34 yaşlı qadını vurdu

00:33 - 28 İyun 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Səbail rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Bayramova Leyla Valeh qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti