Samuxda əsən güclü külək nəticəsində rayonun bəzi hissəsi işıqsız qalıb.
Bu gün 21 radələrində başlayan güclü külək rayonun Qarayeri, Sərkar, Ziyadlı, Qovlarsarı, Kolayır və bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaradıb.
Bundan başqa, ağaclar gövdəsindən qırılaraq yolun hərəkət hissəsinə və ətrafa düşüb. Hazırda elektrik enerjisinin verilişinin bərpa olunması istiqamətində işlər gedir.
Qeyd edək ki, qərb bölgəsində yağışlı və küləkli hava şəraiti davam edir.///apa