Bakıda yaşayış binasında yanğın olub

10:47 - 27 İyun 2021 - HADİSƏ

Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, rayonda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 48 m² olan mənzilin yanar konstruksiyaları 22 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti