25 yaşlı gənc Xəzərdə batıb

20:06 - 26 İyun 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Ucnoqta.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Cahangirov Kamil Hafiz oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Xəbər xətti