Bakının Xətai rayonunun Babək prospektində (Babək plazanın qarşısında) ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Ucnoqta.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Hadisə zamanı minik avtomobili aşıb.
Məlumata görə, qəza ilə əlaqədar prospektdə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.